ABŞ-Türkiyə münasibətlərində son gərginlik: Təklif rəsmən geri çəkildi

© REUTERS / Osman OrsalЗенитно-ракетный комплекс Patriot, фото из архива
Зенитно-ракетный комплекс Patriot, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Patriot" istehsal edən "Amerika Raytheon Co." firması isə məsələnin dövlət məsələsi olduğunu bildirərək açıqlama verməkdən çəkinib

BAKI, 23 avqust — Sputnik. Vaşinqton-Ankara münasibətlərində "S-400" böhranı davam edir.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, ABŞ Türkiyəyə "Patriot" satmaq təklifini rəsmən geri çəkib.

C-300 - Sputnik Azərbaycan
İrandan "S-300"ə alternativ - yeni hava hücumundan müdafiə sistemi hazırdır

Dövlət Departamentinin nümayəndəsi deyib ki, Türkiyə davamlı şəkildə "S-400" hava müdafiə sistemi alsa, "Patriot" təklifini geri çəkəcəklər: “Bizim "Patriot"la bağlı təklifimizin vaxtı bitdi”.

"Patriot" istehsal edən "Amerika Raytheon Co." firması isə məsələnin dövlət məsələsi olduğunu bildirərək açıqlama verməkdən çəkinib. "Patriot" təklifinin geri çəkilməsi Türkiyənin "S-400" almasına rəsmi Vaşinqtonun son cavabı kimi qiymətləndirilir.

ABŞ daha əvvəl də Türkiyəni birgə istehsalçıları arasında yer aldığı "F-35" proqramından çıxarmışdı. "Lockheed Martin" şirkəti Türkiyədə istehsal edilən parçaların ABŞ-da istehsal edilməyə başlanacağını açıqlayıb. Beləliklə, Türkiyə şirkətləri istehsal zəncirindən çıxarılıb. ABŞ Prezidenti Donald Tramp Türkiyənin "S-400" almasında keçmiş ABŞ Prezidenti Barak Obamanı ittiham edir.

Xəbər lenti
0