Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert BTQ-nin əhəmiyyəti haqqında: inteqrasiya baxımından əhəmiyyətlidir

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, gələcəkdə bu layihədən Rusiya və İran da istifadə edə bilər
Elşən Bağırzadə: “Bu dəmir yolu xətti ölkələr üçün ucuz dəhliz təqdim edir”

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, BTQ dəmir yolu xəttinin ən vacib məqamı iqtisadi və strateji tərəfləridir: “BTQ İranın və Rusiyanın Şərq və Qərb arasındakı yükdaşımalarına da alternativdir. Amma alternativ olmaqla yanaşı, Rusiya və İran üçün də geniş imkanlar açır. Gələcəkdə bu layihədən Rusiya və İran da istifadə edə bilər. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənı tranzit gəlirlərlə təmin edəcək. Artıq BTQ dəmir yolu xətti, Çin və digər Orta Asiya ölkələri üçün də ucuz dəhliz təqdim edir. Layihə həm də iştirakçı ölkələrin iqtisadiyyatlarının inteqrasiyası baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, 2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0