Yeni iPhone-un üç kamerası olacaq

© AP Photo / Charles Rex ArbogastiPhone X, arxiv şəkli
iPhone X, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan başqa, Apple yenilənmiş kameralı iPad Pro, Apple Watch və modernləşdirilmiş MacBook Pro buraxmaq niyyətindədir

BAKI, 22 avqust — Sputnik. Apple bir sıra təkmilləşdirilmiş məhsulu, o cümlədən üç fotokameraya malik iPhone Pro telefonunu satışa çıxarmağa hazırlaşır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Bloomberg yayıb.

"Gələn ay Kaliforniyanın texnologiya nəhəngi üç yeni iPhone telefonunu anons edəcək. Çox güman ki, onların satışına sentyabrda başlanacaq", - agentlik bildirib.

Наушники Apple AirPods - Sputnik Azərbaycan
"Apple" smartfonlarını "sındıracaq" şəxsə 1 milyon dollar verəcək

Qeyd edilir ki, yeni iPhone Pro-nun arxa panelindəki kamera təkmilləşdirilib, onun çəkiliş üçün üçüncü sensoru olacaq. Sensorlar eyni zamanda 3 şəkil çəkəcək və eyni zamanda süni intellekt əsaslı yeni proqram təminatından istifadə edərək kombinə edilmiş şəkli avtomatik korreksiya edəcək.

Agentlik həmçinin bildirib ki, iPhone XR-ı əvəzləyəcək yeni telefonların arxasında ikinci kamera olacaq, bu isə portret rejimini yaxşılaşdıraraq şəkli böyüdəndə keyfiyyətinin itməməsinə səbəb olacaq.

Bundan başqa, Apple yenilənmiş kameralı iPad Pro, Apple Watch və modernləşdirilmiş MacBook Pro buraxmaq niyyətindədir. Qeyd olunur ki, yeni məhsulların istehsalı, həmçinin yeni proqram təminatı dördüncü rübdə şirkətin gəlirinin artırılmasına yönəlib.

Xəbər lenti
0