BAKI, 22 avqust — Sputnik. "Küçə ticarəti ilə bağlı sosial şəbəkə istifadəçilərindən müraciətlər daxil olur".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin "Facebook" səhifəsində qeyd edilib. Bildirilib ki, polisin küçə ticarətinə şərait yaratması ilə bağlı yayılan "Polis icazə verib" kimi məlumatlar uydurmadır: "Bu, ayrı-ayrı işbazların öz fəaliyyətlərini legitimləşdirmək üçün ictimai fikri çaşdırmağa yönələn cəhdləridir: İnanmayın!!!"