CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini ölkəni bürüyən fəlakət haqda: "Bəzən qəsdən törədirlər"

© Sputnik / Rahim MuradovHirkan Milli Parkında yanğın
Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
İki gündür Azərbaycanda meşə yanğınları davam edir. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəs meşə sahələrinə, təbiətə münasibətdə həssas olmalıdır

BAKI, 22 avqust — Sputnik. Avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.

FHN təyyarəsi Hirkandakı yanğını söndürür – VİDEO>>

O qeyd edib ki, yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

"Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir. Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik" - F.Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, Hirkan Milli Parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışılır: "Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik, hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə, bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. ETSN olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırırıq".

Xəbər lenti
0