CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkün məktəblərində təhsil alanların nəzərinə - Vaxt açıqlandı

© Sputnik / Ilham MustafayevMingəçevir şəhər, şəhid Noel Ahəngəri adına 13 nömrəli tam orta məktəb
Mingəçevir şəhər, şəhid Noel Ahəngəri adına 13 nömrəli tam orta məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə yerdəyişmə elektron sistemdə yoxlamadan sonra mümkün olacaq.

Kamran Əsədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar imtahan vermədən ali məktəbə qəbul oldular

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən elektron sistem vasitəsilə onun məcburi köçkün olması yoxlanılır.

Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir. Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq.

Xəbər lenti
0