BAKI, 22 avqust — Sputnik. Böyük Britaniyanın Baş Naziri Boris Conson Yelisey sarayında ayağını qaldıraraq masanın üstünə qoyub.
Sputnik Azərbaycan bildirir ki, buna Busines Insider dərgisi diqqət çəkib.
Sosial şəbəkələrdə Consonu Fransa Prezidenti Emmanuel Makronla görüşdə özünü biədəb apardığına görə tənqid ediblər. Xüsusilə, Britaniya Baş Nazirinin bioqrafı Sonya Pernell onun bu hərəkətini "qaba və ayıb" adlandırıb.
très diplomatique
— Matthew Champion (@matthewchampion) 22 августа 2019 г.
(pic Christophe Petit Tesson/AFP/Getty Images) pic.twitter.com/qOQVbD72Pg
Ancaq Bİ qeyd edir ki, çox güman ki, Consonun bu hərəkəti sadəcə zarafat imiş.
"Elə görünür ki, əgər baş nazir geriyə yaslananarsa, Makron masadan ayaq qoymaq üçün taburet kimi istifadə edə biləcəyini təxmin edib, Conson da zarafatla bunu edib", - Sun qəzetinin jurnalisti Twitter-də yazıb.
WATCH: Here’s the Reuters video of Boris Johnson putting his foot on the Elysee furniture. It seems President Macron was making small talk suggesting the table would work equally well as a footstool should the PM want to recline, which Johnson then jokingly does pic.twitter.com/dnv37t9mS4
— Tom Rayner (@RaynerSkyNews) 22 августа 2019 г.
Sosial şəbəkədə yayılan videoda siyasətçilərin güldüyü görünür. Buna baxmayaraq, şərhçilərin çoxu siyasətçinin hərəkətinin diplomatik qaydalara sığmadığı qənaətindədir.