Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Azərbaycanda 22 yaşlı ana və 23 yaşlı atanın beş uşağı var.
Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, gənc cütlük uşaqlara sahib çıxmaqdan imtina edib.
© Facebook / Qadın və Uşaq SığınacağıAtılan uşaqlar
Atılan uşaqlar
Azyaşlılar hazırda "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yaratdığı Qadın və Uşaq Sığınacağındadır. Uşaqlara nənə himayədarlıq edir. Gənc ata-ana aradabir sığınacağa gələrək uşaqları ziyarət edirlər. Zeynalova deyir ki, nənə olmasa, çox güman ki, uşaqlar körpələr evinə yerləşdiriləcəklər.