ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistana Kəşmir ətrafında yaranan gərginliyi danışıqlar yolu ilə həll etməyə çağırıb. Bunu Ağ Evin mətbuat katibi Hoqan Hidli bildirib.
Yaxın Şərq üzrə politoloq Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, Kəşmir problemi Hindistan və Pakistan arasında ən ciddi problem olduğunu hər zaman göstərir: “Qərb ölkələri bu problemin kökündən həll edilməsinə heç vaxt maraq göstərməyib. Qlobal güclər strateji dayaqlarını möhkəmlətmək üçün hər zaman münaqişədən istifadə ediblər. Artıq bu münaqişənin həllinin zamanı yetişib. Problemin həll edilməməsi gələcəkdə daha ciddi konfliktlərin yaranmasına səbəb ola bilər”.
Xatırladaq ki, Hindistan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz