FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qamarcoba! Batumi azərbaycanlıları nəyi ilə cəlb edir

Abunə olmaq
Gürcüstanın Milli Turizm Administrasiyası bu yay Batumini çoxlu sayda azərbaycanlı turistin ziyarət etdiyini bildirib. Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov da Batumiyə gedərək, şəhərin turistlər üçün niyə bu qədər cəlbedici olduğunu aydınlaşdırmağa çalışıb

BAKI, 22 avqust — Sputnik. Bu yay az qala hər iki tanışımdan biri Gürcüstana getmək planından və ya artıq orada keçirdiyi unudulmaz istirahətdən, Batuminin heyranedici gözəlliklərindən, yerli əhalinin qonaqpərvərliyindən və özündə dəniz sahilini, meşələri və dağları birləşdirən Acarıstanın mənzərəli təbiətindən danışırdı.

Bu ilin iyununda Bakı və Batumi arasında açılmış birbaşa hava reysindən xəbər tutandan sonra mən də Qara dəniz sahilinin bu mirvarisini öz gözlərimlə görərək onun azərbaycanlı turistlər üçün niyə bu qədər cəlbedici olduğunu aydınlaşdırmaq qərarına gəldim.

Təyyarə Batumiyə yaxınlaşarkən illüminatordan gözə ilk növbədə çarpan şəhərin müasirliyi idi. Şəhərdə çoxlu sayda dəbdəbəli otellər, şüşə və metal örtüklü binalar, gözqamaşdıran işıqlar, velosiped cığırları və dəniz limanı olan çoxkilometrli bulvar var.

Şəhərin yeni tikilmiş bulvarı boyunca isə çimərlik yerləşir. Burada günəşin altında qaralmaq və ya Qara dənizin isti sularında çimmək olar. Batumi çimərliyində istədiyin yerdə, hətta dəbdəbəli otellərin qarşısında belə çimmək və günəş vannası qəbul etmək olar.

Batumiyə gələnlərə yerli çaxırın və yeməklərin dadına baxmaq məsləhət görülür. Bundan başqa, buranın təbiəti və görməli tarixi yerləri də ziyarətçilərin könlünü oxşayacaq.

Ayrıca olaraq yerli əhalinin qonaqpərvərliyini qeyd etmək istərdim – burada hər bir xarici vətəndaş qonaq kimi qəbul olunur.

Batumidə qiymətlər də yüksək deyil: hər kəs şəhərdə öz cibinə uyğun əyləncə tapa bilər.

Şəhərdə olduğum zaman gördüklərimdən belə bir nəticə çıxara bilərəm ki, Batumi ailəvi istirahət üçün ideal bir yerdir: siz və uşaqlarınız burada, çox güman ki, zövqünüzə uyğun əyləncə tapa biləcəksiniz.

© Sputnik / Murad OrujovBatumi çoxəsrlik tarixi olan qədim şəhərdir (onun haqqında hətta Aristotel və Plini yazırdı)
Batumi çoxəsrlik tarixi olan qədim şəhərdir (onun haqqında hətta Aristotel və Plini yazırdı) - Sputnik Azərbaycan
1/22
Batumi çoxəsrlik tarixi olan qədim şəhərdir (onun haqqında hətta Aristotel və Plini yazırdı)
© Sputnik / Murad OrujovQədimdə şəhəri Batus (dərin) adlandırırdılar. Hazırda Batumi Gürcüstanın əsas dəniz qapıları və dənizkənarı turizm paytaxtıdır
Qədimdə şəhəri Batus (dərin) adlandırırdılar. Hazırda Batumi Gürcüstanın əsas dəniz qapıları və dənizkənarı turizm paytaxtıdır - Sputnik Azərbaycan
2/22
Qədimdə şəhəri Batus (dərin) adlandırırdılar. Hazırda Batumi Gürcüstanın əsas dəniz qapıları və dənizkənarı turizm paytaxtıdır
© Sputnik / Murad OrujovBatuminin arxitekturası heyrətamizdir: burada bir-birinə zidd olan modernizmin, klassisizmin, barokko, renessans və mavritan üslublarının eklektizmi müşahidə olunur
Batuminin arxitekturası heyrətamizdir: burada bir-birinə zidd olan modernizmin, klassisizmin, barokko, renessans və mavritan üslublarının eklektizmi müşahidə olunur - Sputnik Azərbaycan
3/22
Batuminin arxitekturası heyrətamizdir: burada bir-birinə zidd olan modernizmin, klassisizmin, barokko, renessans və mavritan üslublarının eklektizmi müşahidə olunur
© Sputnik / Murad OrujovGecələr Batuminin küçələri canlanır. Dükanlar turistləri hər cür ənənəvi şirniyyatla cəlb edirlər və bütün küçə kafelərindən musiqi səsi gəlir
Gecələr Batuminin küçələri canlanır. Dükanlar turistləri hər cür ənənəvi şirniyyatla cəlb edirlər və bütün küçə kafelərindən musiqi səsi gəlir - Sputnik Azərbaycan
4/22
Gecələr Batuminin küçələri canlanır. Dükanlar turistləri hər cür ənənəvi şirniyyatla cəlb edirlər və bütün küçə kafelərindən musiqi səsi gəlir
© Sputnik / Murad OrujovBatuminin iqlimi subtropikdir. Buna görə də yayda mağazalarda təzə meyvələrin və tərəvəzlərin bolluğu müşahidə olunur
Batuminin iqlimi subtropikdir. Buna görə də yayda mağazalarda təzə meyvələrin və tərəvəzlərin bolluğu müşahidə olunur - Sputnik Azərbaycan
5/22
Batuminin iqlimi subtropikdir. Buna görə də yayda mağazalarda təzə meyvələrin və tərəvəzlərin bolluğu müşahidə olunur
© Sputnik / Murad OrujovBatumidə hər zövqə uyğun əyləncə tapmaq olar: burada oyun biznesinə rəsmi olaraq icazə verilir; buranın valehedici təbiəti, çimərlikləri və dağları, dadlı yeməkləri, cana faydalı havası, zəngin işgüzar, mədəni və idman həyatı var
Batumidə hər zövqə uyğun əyləncə tapmaq olar: burada oyun biznesinə rəsmi olaraq icazə verilir; buranın valehedici təbiəti, çimərlikləri və dağları, dadlı yeməkləri, cana faydalı havası, zəngin işgüzar, mədəni və idman həyatı var - Sputnik Azərbaycan
6/22
Batumidə hər zövqə uyğun əyləncə tapmaq olar: burada oyun biznesinə rəsmi olaraq icazə verilir; buranın valehedici təbiəti, çimərlikləri və dağları, dadlı yeməkləri, cana faydalı havası, zəngin işgüzar, mədəni və idman həyatı var
© Sputnik / Murad OrujovMtirala Milli Parkında quraşdırılmış maneələr zolağı, eləcə də ziplayn (ağaclar arasında çəkilmiş troslarla xüsusi vasitələrdən istifadə etməklə aşağı enməyə imkan verən qurğu) ekstremal hisslər yaşamağı sevənlərin zövqünü oxşayacaq
Mtirala Milli Parkında quraşdırılmış maneələr zolağı, eləcə də ziplayn (ağaclar arasında çəkilmiş troslarla xüsusi vasitələrdən istifadə etməklə aşağı enməyə imkan verən qurğu) ekstremal hisslər yaşamağı sevənlərin zövqünü oxşayacaq - Sputnik Azərbaycan
7/22
Mtirala Milli Parkında quraşdırılmış maneələr zolağı, eləcə də ziplayn (ağaclar arasında çəkilmiş troslarla xüsusi vasitələrdən istifadə etməklə aşağı enməyə imkan verən qurğu) ekstremal hisslər yaşamağı sevənlərin zövqünü oxşayacaq
© Sputnik / Murad OrujovBatuminin çimərliyi nəhəngdir – çimərlik mayak və “Ali və Nino” heykəlindən cənub-qərbə doğru uzanır və demək olar ki, bütün şəhəri dövrələyir
Batuminin çimərliyi nəhəngdir – çimərlik mayak və “Ali və Nino” heykəlindən cənub-qərbə doğru uzanır və demək olar ki, bütün şəhəri dövrələyir - Sputnik Azərbaycan
8/22
Batuminin çimərliyi nəhəngdir – çimərlik mayak və “Ali və Nino” heykəlindən cənub-qərbə doğru uzanır və demək olar ki, bütün şəhəri dövrələyir
© Sputnik / Murad OrujovYeni bulvar boyu müxtəlif heykəllər və instalyasiyalar quraşdırılıb. Onların yanında xatirə fotosu çəkdirmək olar
Yeni bulvar boyu müxtəlif heykəllər və instalyasiyalar quraşdırılıb. Onların yanında xatirə fotosu çəkdirmək olar - Sputnik Azərbaycan
9/22
Yeni bulvar boyu müxtəlif heykəllər və instalyasiyalar quraşdırılıb. Onların yanında xatirə fotosu çəkdirmək olar
© Sputnik / Murad OrujovBatumi həm təcrübəsiz, həm də dünyagörmüş turistlər üçün əsl “turizm Məkkə”sidir. Bura hər il yaxın və uzaq xaricdən minlərlə turist gəlir
Batumi həm təcrübəsiz, həm də dünyagörmüş turistlər üçün əsl “turizm Məkkə”sidir. Bura hər il yaxın və uzaq xaricdən minlərlə turist gəlir - Sputnik Azərbaycan
10/22
Batumi həm təcrübəsiz, həm də dünyagörmüş turistlər üçün əsl “turizm Məkkə”sidir. Bura hər il yaxın və uzaq xaricdən minlərlə turist gəlir
© Sputnik / Murad OrujovŞəhərdə olan çox saylı fontanlardan yayın qızmar istisindən xilas olmaq üçün istifadə etmək olar
Şəhərdə olan çox saylı fontanlardan yayın qızmar istisindən xilas olmaq üçün istifadə etmək olar - Sputnik Azərbaycan
11/22
Şəhərdə olan çox saylı fontanlardan yayın qızmar istisindən xilas olmaq üçün istifadə etmək olar
© Sputnik / Murad OrujovBatumidə yalnız qızmar yay fəslində yox, həmçinin yazda və yaz ilə payızın arasında müşahidə olunan isti günlərdə də istirahət etmək mümkündür
Batumidə yalnız qızmar yay fəslində yox, həmçinin yazda və yaz ilə payızın arasında müşahidə olunan isti günlərdə də istirahət etmək mümkündür - Sputnik Azərbaycan
12/22
Batumidə yalnız qızmar yay fəslində yox, həmçinin yazda və yaz ilə payızın arasında müşahidə olunan isti günlərdə də istirahət etmək mümkündür
© Sputnik / Murad OrujovMayın ilk günlərindən artıq dənizdə çimmək və günəşin altında qaralmaq mümkündür. Burada sentyabr və oktyabr aylarında (məxməri fəsil) istirahət daha çox xoşagələndir
Mayın ilk günlərindən artıq dənizdə çimmək və günəşin altında qaralmaq mümkündür. Burada sentyabr və oktyabr aylarında (məxməri fəsil) istirahət daha çox xoşagələndir - Sputnik Azərbaycan
13/22
Mayın ilk günlərindən artıq dənizdə çimmək və günəşin altında qaralmaq mümkündür. Burada sentyabr və oktyabr aylarında (məxməri fəsil) istirahət daha çox xoşagələndir
© Sputnik / Murad OrujovDemək olar ki, bütün liman şəhərlərinin özünəməxsus cazibəsi var: duzlu dəniz suyunun qoxusu, bulvardan müşahidə oluna bilən gəmilər, özünəməxsus memarlıq, dənizyanı bulvar boyu yerləşən çox saylı kafe və restoranlar
Demək olar ki, bütün liman şəhərlərinin özünəməxsus cazibəsi var: duzlu dəniz suyunun qoxusu, bulvardan müşahidə oluna bilən gəmilər, özünəməxsus memarlıq, dənizyanı bulvar boyu yerləşən çox saylı kafe və restoranlar - Sputnik Azərbaycan
14/22
Demək olar ki, bütün liman şəhərlərinin özünəməxsus cazibəsi var: duzlu dəniz suyunun qoxusu, bulvardan müşahidə oluna bilən gəmilər, özünəməxsus memarlıq, dənizyanı bulvar boyu yerləşən çox saylı kafe və restoranlar
© Sputnik / Murad OrujovBatumini əminliklə romantika şəhəri adlandırmaq olar. Burada maraqlı vaxt keçirmək üçün hər bir şərait yaradılıb
Batumini əminliklə romantika şəhəri adlandırmaq olar. Burada maraqlı vaxt keçirmək üçün hər bir şərait yaradılıb - Sputnik Azərbaycan
15/22
Batumini əminliklə romantika şəhəri adlandırmaq olar. Burada maraqlı vaxt keçirmək üçün hər bir şərait yaradılıb
© Sputnik / Murad OrujovGünəşin batması ilə şəhərdə həyat canlanır – turistlər dənizkənarı bulvarda gəzintiyə çıxırlar və səhərə kimi açıq olan diskotekalar işə başlayır
Günəşin batması ilə şəhərdə həyat canlanır – turistlər dənizkənarı bulvarda gəzintiyə çıxırlar və səhərə kimi açıq olan diskotekalar işə başlayır - Sputnik Azərbaycan
16/22
Günəşin batması ilə şəhərdə həyat canlanır – turistlər dənizkənarı bulvarda gəzintiyə çıxırlar və səhərə kimi açıq olan diskotekalar işə başlayır
© Sputnik / Murad OrujovBatumi bulvarında günəşin batması əsl tamaşadır. İstirahət edənlərin çoxu da elə bu tamaşanı izləmək üçün bura yığışırlar
Batumi bulvarında günəşin batması əsl tamaşadır. İstirahət edənlərin çoxu da elə bu tamaşanı izləmək üçün bura yığışırlar - Sputnik Azərbaycan
17/22
Batumi bulvarında günəşin batması əsl tamaşadır. İstirahət edənlərin çoxu da elə bu tamaşanı izləmək üçün bura yığışırlar
© Sputnik / Murad OrujovBatumi bulvarı bildiyimiz ənənəvi prospekt və ya küçələrə oxşamır. Bura əslində çimərlik və yaşayış kvartalları arasında abadlaşdırılmış bir sahədir
Batumi bulvarı bildiyimiz ənənəvi prospekt və ya küçələrə oxşamır. Bura əslində çimərlik və yaşayış kvartalları arasında abadlaşdırılmış bir sahədir - Sputnik Azərbaycan
18/22
Batumi bulvarı bildiyimiz ənənəvi prospekt və ya küçələrə oxşamır. Bura əslində çimərlik və yaşayış kvartalları arasında abadlaşdırılmış bir sahədir
© Sputnik / Murad OrujovBatumidə bu günə qədər müxtəlif tarixi dövrlərə aid olan və arxitektura üslubuna görə fərqlənən binalar qalıb
Batumidə bu günə qədər müxtəlif tarixi dövrlərə aid olan və arxitektura üslubuna görə fərqlənən binalar qalıb - Sputnik Azərbaycan
19/22
Batumidə bu günə qədər müxtəlif tarixi dövrlərə aid olan və arxitektura üslubuna görə fərqlənən binalar qalıb
© Sputnik / Murad OrujovBulvarda həmçinin kirayəyə velosiped götürmək və xüsusi olaraq ayrılmış cığırlarda istədiyin qədər velosiped sürmək olar
Bulvarda həmçinin kirayəyə velosiped götürmək və xüsusi olaraq ayrılmış cığırlarda istədiyin qədər velosiped sürmək olar - Sputnik Azərbaycan
20/22
Bulvarda həmçinin kirayəyə velosiped götürmək və xüsusi olaraq ayrılmış cığırlarda istədiyin qədər velosiped sürmək olar
© Sputnik / Murad OrujovÇimərlik istirahətindən başqa Acarıstanın yüksək dağlıq ərazilərində də əla vaxt keçirmək mümkündür
Çimərlik istirahətindən başqa Acarıstanın yüksək dağlıq ərazilərində də əla vaxt keçirmək mümkündür - Sputnik Azərbaycan
21/22
Çimərlik istirahətindən başqa Acarıstanın yüksək dağlıq ərazilərində də əla vaxt keçirmək mümkündür
© Sputnik / Murad OrujovMaxuntseti şəlaləsi isə Acarıstanın ən məşhur yerlərindən biridir
Maxuntseti şəlaləsi isə Acarıstanın ən məşhur yerlərindən biridir - Sputnik Azərbaycan
22/22
Maxuntseti şəlaləsi isə Acarıstanın ən məşhur yerlərindən biridir
Xəbər lenti
0