Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə 23 avqust Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Ölkə prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə AR Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi AR Xüsusi Dövlət Mühafizə Xidməti adlanır.
Prezidentin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilib. XDMX-nin tarixi inkişaf yolu haqqında ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.