BAKI, 21 avqust — Sputnik. Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
Sputnik Azərbaycan xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.
© REPORTHərbi pilot Rəşad Atakişiyevin dəfn mərasimi
Hərbi pilot Rəşad Atakişiyevin dəfn mərasimi
Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.