SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident iki nəfərə ali rütbə verdi

Abunə olmaq
İlham Əliyev bir nəfərə general-leytenant, digərinə general-mayor ali hərbi rütbəsi verib

BAKI, 21 avqust — Sputnik. Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilib.

Xəbər lenti
0