CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik sürücülərə xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovЖенщина за рулем автомобиля
Женщина за рулем автомобиля - Sputnik Azərbaycan
Abunə olmaq
"Təmiz hava" aylığı ilə bağlı keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır

BAKI, 21 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində "Təmiz hava aylığı" ilə bağlı aksiyaları davam etdirir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 1-dən 31-dək davam edəcək tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir. "Təmiz hava" aylığı ilə bağlı keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir. ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

Xəbər lenti
0