CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolleclərə qəbulun nəticələri bu gün açıqlanacaq

© REPORTСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb

BAKI, 21 avqust — Sputnik. 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sənəd qəbulunun nəticələri bu gün elan olunacaq.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə "ASAN xidmət" mərkəzlərində elektron qaydada həyata keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Xəbər lenti
0