Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda yeniyetmə qız yoxa çıxdı – Naməlum maşına minərək gedib

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Atası deyir ki, qızı 10 gün imiş tam başqa həyat tərzi sürürmüş. O, saatlarla hansısa bir şəxslə telefonla danışıb, ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib

BAKI, 21 avqust — Sputnik. Bakıda 15 yaşlı qız itkin düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

© TRENDSabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı
Paytaxtda yeniyetmə qız yoxa çıxdı – Naməlum maşına minərək gedib - Sputnik Azərbaycan
Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı

İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb: "Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O, saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O, evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gizlədib".

V.Əliyev qeyd edib ki, o, baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb: "Qızım itəndən sonra Sabunçu rayon 12-ci Polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb".

Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki, baş verir.

Xəbər lenti
0