BAKI, 21 avqust — Sputnik. "Warner Brothers Pictures" kinostudiyası ölkəmizdə də sevilən "The Matrix" filminin dördüncü hissəsinin çəkiləcəyini elan edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, kinostudiyanın rəsmisi Tobi Elmerix filmin əsas qəhrəmanları Neo və Trinitini yenə Kianu Rivzin və Kerri-Enn Mossun canlandıracaqlarını deyib.
Lana Vaçovski "The Matrix" filminin dördüncü hissəsinin rejissoru və senaristidir. Filmin senarisinin yazılmasında həmçinin Aleksandar Hemon və Devid Mitçel iştirak ediblər.
"The Matrix" filminin əvvəlki üç hissəsinin dünya üzrə ümumi kassa gəliri 1,6 milyard dolları keçib. Hər üç filmin senaristi və rejissoru Lana və Lili Vaçovski bacıları (əvvəllər Lorens və Endryu Pol Vaçovski qardaşları) olublar, əsas rolları isə Kianu Rivz və Kerri-Enn Moss oynayıblar.