BAKI, 20 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, dövlət katibinin birinci müavini Con Sallivanı Moskvaya səfir göndərə bilər.
Sputnik Azərbaycan bildirir ki, xəbəri Bloomberg yayıb.
Sallivanın mümkan təyinatı barədə xəbəri bir müddət öncə New York Times qəzeti yazmışdı.
Avqustun 7-də ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmanın istefa verdiyi xəbəri yayılıb. "The Salt Lake Tribune" qəzeti bildirib ki, səfir istefa ərizəsini artıq Prezident Donald Trampa göndərib. Məlumata görə, diplomat vəzifəsindən oktyabrın 3-də gedəcək. Qəzetin saytında Hantsmanın istefa məktubunun bir nüsxəsi yerləşdirilib. Məktubunda siyasətçi qeyd edib ki, ailəsi ilə əlaqələri bərpa etmək üçün xanımı ilə Amerikaya qayıtmaq niyyətindədir.