BAKI, 20 avqust — Sputnik. Avqustun 19-da səhər saatlarında Şabran rayonu dağlıq ərazidən başlayan yanğın Quba rayonu Zərqova inzibati ərazi dairəsi ərazisində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə yerində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.
Zərqova İƏD ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.