BAKI, 20 avqust — Sputnik. Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi avtomobil qəzasına düşüb.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb.
Məlumata görə, səfirliyin attaşesi Ahmet Adel Mohammet Fathenin idarə etdiyi səfirliyə məxsus avtomobil Şaiq Mustafayevin sürdüyü “Mercedes”lə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb.