İran "S-300" sistemini Fars körfəzi sahilindən uzaqlaşdırıb

© AP Photo / Jon GambrellAmerikanın MH-60 Seahawk helikopteri Fars körfəzində İranın gözətçi gəmilərinin üzərindən üçür
Amerikanın MH-60 Seahawk helikopteri Fars körfəzində İranın gözətçi gəmilərinin üzərindən üçür - Sputnik Azərbaycan
Abunə olmaq
Güman edilir ki, Tehran Fars körfəzində artıq heç bir eskalasiyanın baş verməyəcəyi qənaətinə gəlib

BAKI, 20 avqust — Sputnik. İran "S-300" uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini Buşehr vilayətində yerləşən Əsəluyə şəhərindən çıxarıb.

Sputnik Azərbaycan "Jane"s 360" nəşrinə istinadən xəbər verir ki, bunu peykdən çəkilmiş fotoşəkillər də təsdiq edir.

Güman edilir ki, Tehran Fars körfəzi regionunda artıq heç bir eskalasiyanın baş verməyəcəyi qənaətinə gəlib və bu addımı atıb.

Qeyd olunur ki, söhbət 2016-cı ildə İranın Rusiyadan aldığı "S-300PMU-2" sistemlərindən gedir. İran mayda bu sistemlərin bir batareyasını Əsəluyə şəhərinin aviabazasında yerləşdirib.

Sistemin Fars körfəzinin mərkəzi hissəsini nəzarətdə saxlamağa imkan verdiyi bildirilir.

 

Xəbər lenti
0