Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış aktyor xəstəxanaya yerləşdirildi

© Sputnik/ Tabıldı KadırbekovQırğızıstanda xəstəxana
Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
Hal-hazırda yaxınları və dostları klinikadadırlar

BAKI, 20 avqust — Sputnik. Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun səhhətində ciddi problem yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyor beyin insultu diaqnozu ilə Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Hal-hazırda yaxınları və dostları klinikadadırlar.

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xəstəlikdən əziyyət çəkən aktyor: "Evimi də sataram"

Qeyd edək ki, Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1996-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E.Sabitoğlunun "Nəğməli Könül"ündə İnzibatçı, E.Sabitoğlunun "92 dəqiqə gülüş"ündə mağaza müdiri, O.Rəcəbovun "Əlin cibində olsun"da oğlan, R.Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E.Sabitoğlu "Bankir adaxlı"da cangüdən, S.Fərəcovun "Bir günlük siğə"də Parnok, O.Rəcəbovun "Şeytanın yubileyi"ndə Səlim kimi obrazlar yaradıb. Son zamanlar Məhərrəm Qurbanov "Xəzər" TV-də yayımlanan "Niyə?" serialında Avro Kamandar rolu ilə tanınıb.

Xəbər lenti
0