CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyin əməkdaşlarının döyülməsi təsdiqləndi – Xəstəxanaya yerləşdiriliblər

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların vəzifələrini icra edərkən istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs tərəfindən döyülməsinə dair prokurorluq əməkdaşları və tibbi ekspert tərəfindən rəy verilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxsin oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstərməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyindəki mənbə məlumat verib.

Məlumatda bildirilir ki, hadisə zamanı nazirliyin istirahət mərkəzinə yoxlama üçün gedən əməkdaşlarına qarşı fiziki güc tətbiq edilib. Xəsarət alan nazirlik əməkdaşları xəstəxanaya yerləşdiriliblər. Onların vəzifələrini icra edərkən istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs tərəfindən döyülməsinə dair prokurorluq əməkdaşları və tibbi ekspert tərəfindən rəy verilib.

Депутатом Милли Меджлиса Зияд Самедзаде - Sputnik Azərbaycan
"Lombardların büdcəyə ödəyəcəyi vergilər artacaq"

Qeyd edək ki, bundan öncə APA-nın yaydığı xəbərdə bildirilir ki, hadisə Vergilər Nazirliyinin işçiləri ilə "Relax" istirahət mərkəzinin əməkdaşları arasında baş verib. Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları "Relax"ın işçiləri tərəfindən döyülüb. Bundan sonra hüquq-mühafizə orqanları olaya müdaxilə ediblər, həbs olunanlar var. Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

"Relax" istirahət mərkəzinin rəhbərinin müavini Famil Kərimov isə məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, hadisə turistlər arasında baş verib: "15.08.2019 tarixindən etibarən "Relax" istirahət mərkəzində Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. Dünən isə istirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb".

Xəbər lenti
0