Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maye qaz yoxa çıxıb: Avtomobillərinizə yeni avadanlıq quraşdırın

CC0 / Skitterphoto / Gas stationYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
LPG kimi tanınan maye qazın qıtlığı bu maddənin daha çox emala yönləndirilməsi ilə bağlı olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Artıq bir neçə gündür ki, paytaxtda sürücülər maye qazın (LPG) qıtlığından şikayətlənirlər. Hətta sosial şəbəkələrdə də Bakıda yanacaqdoldurma məntəqələrində maye qazın satılmadığına dair məlumatlar paylaşılır. Sosial şəbəkələrdə maye qaz satışında yaranan fasilənin istehsalla bağlı olduğuna dair xəbərlər yer alır.

Автозаправочная станция на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yanacaqdoldurma məntəqələri sürücüləri necə aldadır

Sputnik Azərbaycan paytaxtda maye qaz satışında yaranan problemin səbəbini araşdırıb. Yaranmış problemlə bağlı açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov bildirib ki, maye qaz satışında yaranan problem zavodda, istehsal çatışmazlığı ilə bağlı deyil. Onun sözlərinə görə, maye qazı istehsal edən Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalında heç bir azalma yoxdur: "Maye qaz hazırda Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. İstehsalında da hər hansı azalma yoxdur. Yəni, zavod əvvəlki həcmdə maye qaz istehsal edir. LPG kimi tanınan maye qazın qıtlığı bu maddənin daha çox emala yönləndirilməsi ilə bağlıdır. Bu gün LPG istehsal edən zavod demək olar ki, tam normal rejimdə işləyir. Sumqayıtda yeni müəssisələr yaradılıb. Ölkə rəhbərliyinin göstərişi ilə SOCAR-ın üzərinə bu müəssisələri xammalla təchiz etmək kimi bir öhdəlik qoyulub. Buna görə də, SOCAR xammalın böyük hissəsini bu müəssisələrə ötürür ki, emal olunsun".

İ. Əhmədov bildirib ki, şirkətlər maye qazı təkcə yerli bazardan deyil, ixrac yolu ilə əldə etməyə də səy göstərməlidir: "O ki qaldı, bunun yanacaq kimi təchizatına, şirkətlərin maye qazı SOCAR-ın zavodlarından götürməsi şərt deyil. Bu qaz həm yanacaq kimi, həm də emalda xammal kimi istifadə edilir. Əvvəl də biz bunu bazara satırdıq, indi də satırıq. Amma bu gün əvvəlkindən daha az həcmdə satılır. LPG-nin bazara çıxarılması üçün SOCAR yeganə mənbə deyil. Dünyada başqa şirkətlər, zavodlar da bunu istehsal edirlər. Bizdə olan məlumata görə, təchizatçılar LPG kimi tanınan maye qazı idxal etməkdən çəkinirlər. Buna da səbəb, Azərbaycanda LPG və digər kütləvi istifadə olunan yanacaq növlərinin qiymətinin dövlət tərəfindən tənzimləndiyinə görə ucuz olması, tariflərin dəyişməz qalmasıdır. Biz əhali üçün yanacaq qiymətlərində bahalaşma olmamasına görə daim bu maddəni Azərbaycan bazarına bazar qiymətindən ucuz satırdıq. 

Газовая плита на кухне, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç rayonda qaz təchizatı dayandırılıb
Təchizatçılar bizdəki qiymətə maye qazı xaricdən ala bilmirlər. Bu səbəbdən də satışda bir qədər qıtlıq müşahidə olunur. Bu, birbaşa bizdən qaynaqlanan çatışmazlıq deyil. Qeyd edim ki, maye qazın təchizatında müxtəlif mənbələrdən istifadə etmək olar. Amma Azərbaycanın enerji təhlükəsizliyi bizim üçün mühüm məsələ olduğu üçün, eləcə də biz istehlakçıları düşündüyümüzdən təchizatçılarla birlikdə müxtəlif variantları nəzərdən keçiririk. Gələcəkdə onlarla birgə məşvərətləri davam etdirəcəyik".

İ.Əhmədov bildirib ki, hazırda ən effektli alternativ variant digər qaz yanacaq növü olan CNG-nin bazara təqdim olunmasıdır. "Biz bazarda yanacaq olaraq LTC və CNG-nin satışını həyata keçiririk. CNG sıxlaşdırılmış təbii qazdır. Onların hər ikisinin qiyməti eynidir. İlin sonuna qədər SOCAR-ın əksər yanacaqdoldurma məntəqələrində CNG-nin satışı təmin olunacaq. 2019-cu ilin sonuna kimi CNG məntəqələrinin sayını 21-ə çatdıracağıq" – deyə SOCAR sözçüsü əlavə edib.

SOCAR səlahiyyətlisi deyir ki, maye qazın emala yönləndirilməsi ilə satışda müşahidə edilən qıtlığın qarşısı böyük ehtimal ki, sıxlaşdırılmış qazın kütləvi satışından sonra aradan qalxacaq: "Yanacaqdoldurma məntəqələrində sıxlaşdırılmış qazın ötən ilə nisbətən bu ilin ilk yarısında pərakəndə satışında 30 dəfə artım olub. Sıxlaşdırılmış qaza maraq, maye qazın satışında qıtlıq yaranmazdan öncə müşahidə edilir. Çünki CNG-nin LTG ilə müqayisədə üstünlükləri çoxdur. Təhlükəsiz olması, ekoloji baxımdan təmiz olması, mühərrikin istismar müddətini uzatması kimi amillərə görə CNG-yə sürücülər tərəfindən daha çox maraq göstərilir. Sürücülər bu yanacaq növünə meyl etməkdədir. Biz ümid edirik ki, CNG maye qazı kompensasiya edə bilər. Yox, əgər biz görsək ki, CNG maye qaz qıtlığını tam kompensasiya etmir, əlbəttə ki, bu zaman təchizatçı şirkətlərlə bu məsələni müzakirə edib dövlət səviyyəsinə çıxardacağıq".

Bərdə Yol Patrul Xidməti hadisə yerində - Sputnik Azərbaycan
HADİSƏ
Bərdədə ağır qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı

Şirkət rəsmisi deyir ki, bu gün “BakuBus” avtobuslarında sıxlaşdırılmış qazdan istifadə edilir: "Digər avtobus və avtomobillərin də bu yanacaq növü ilə işləməsi üçün əlavə avadanlıq quraşdırması yetərlidir. Bu zaman həmin avtomobillər hər iki yanacaq növü ilə işləyə bilər".

İ. Əhmədov deyir ki, bu gün təchizatçılara ölkəyə maye qaz idxal etmək üçün əlverişli şərait yaradılıb: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilib. Propan və butan qazları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bu, imkan verir ki, butan və propan qazını sahibkarlar ƏDV ödəmədən idxal etsinlər".

Xəbər lenti
0