BAKI, 19 avqust — Sputnik. Gənc müğənni Günay İbrahimli Türkiyənin tanınmış sənətkarı Bülənt Ərsoyla eyni təyyarədə uçan zaman çəkdirdiyi fotonu paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, ifaçı təyyarədə olan fotonu öz "Instagram" hesabına yerləşdirib.
O, fotoya "Səsini çox bəyəndiyim sənətkar" fikrini əlavə edib. Günay İbrahimli Türkiyənin tanınmış müğənnisi ilə təsadüfən rastlaşdığını bildirib.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, müğənni 2011-ci ildə "Eurovision" milli seçim turlarına qatılıb və finala qədər irəliləyə bilib.
"Mən də sənə inanırdım", "Dəlisiyəm gecənin", "De onun adı nədir" mahnıları Günay İbrahimlini pop janrında oxuyan müğənni kimi ölkədə ulduz etməyi bacarıb.
Müğənni hal-hazırda Kiprdə istirahətdədir.