Həbib Səmədov: “Bizim izləyicilər pafosa maraq duyurlar”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində ümumdünya fotoqraflar gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanda fotojurnalistika sənətinə münasibətdən danışan fotoqraf Həbib Səmədov deyib ki, bizdə başqa yerlərdən fərqli olaraq, fotojurnalistika olduğu kimi inkişaf etməyib:
“Fotojurnalistikanın vəzifəsi maraqlı, vacib anları əbədiləşdirməkdir. Biz də isə anlamırlar ki, belə şəkillərin ömrü daha uzun olur. İnsanların maraq dairəsi də bunu sübut edir. Analiz etdikdə görürük ki, bizim izləyicilər daha çox pafosa maraq duyurlar”.
Fotoqrafın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz