Rusiya donanmasına yanacaq daşıyan tanker həbs edildi

© REUTERS / Morteza NikoubazlНефтяной танкер в Персидском заливе
Нефтяной танкер в Персидском заливе - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmi hazırda Xerson limanında Ukrayna tərəfindən müsadirə olunmuş Rusiyaya məxsus "Mexanik Poqodin" tankerinin yaxınlığında saxlanılır

BAKI, 19 avqust — Sputnik. Ukrayna prokurorluğunun verdiyi məlumata görə, Krıma yanacaq daşıdığı iddia olunan "Mriya" (IMO 9109811) adlı tanker həbs edilib.

Britaniya donanmasının HMS Duncan hərbi gəmisi Hörmüz boğazına tələsir - Sputnik Azərbaycan
Böyük Britaniya Fars körfəzinə daha bir hərbi gəmi göndərdi

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, tankeri həbs etmək qərarını Xerson şəhərinin apellyasiya məhkəməsi verib.

Prokurorluqda bildiriblər ki, 2015-ci ilin iyununda bu gəmi "Vilga" adı altında Rusiyanın Qara dəniz donanmasının Sevastopolda yerləşən hissələrinə yanacaq daşıyıb.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) məlumatına görə, "Vilga" (IMO 9109811) tankeri Ukrayna bayrağı altında üzür. Tanker sonradan "Mriya" adlandırılıb.

Gəminin hazırda Xerson limanında Ukrayna tərəfindən müsadirə olunmuş Rusiyaya məxsus "Mexanik Poqodin" tankerinin yaxınlığında saxlanıldığı bildirilir.

Xəbər lenti
0