Rusiyanın ən böyük borcluları məlum oldu

© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçidБанкноты номиналом 200, 2000 и 5000 тысяч рублей
Банкноты номиналом 200, 2000 и 5000 тысяч рублей - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva Ermənistan, Venesuela, Hindistan, İndoneziyaya Rusiyadan silahlar almaq üçün kredit verib

BAKI, 19 avqust — Sputnik. Rusiya hökuməti ənənəvi olaraq digər dövlətlərə verdiyi maliyyə və ixrac kreditlərini gizli saxlayır. Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir ki, məlumat yalnız hökumətlərarası sazişlər Rusiya Dövlət Duması tərəfindən təsdiqlənəndə, vəzifəli şəxslər bu kreditlər haqqında danışanda və ya borc alan dövlət bunu açıqlayanda məlum olur.

Rusiya bayrağı - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Çinə nota verdi və məhsullarının idxalına qadağa qoydu

Dövlət kredit proqramının qeyri-şəffaf olması onunla izah olunur ki, birincisi, bu kreditlərin əksəriyyəti sırf kommersiya deyil siyasi xarakter daşıyır, ikincisi, bir çox kreditlər hərbi-texniki əməkdaşlıq çərçivəsində verilir ki, bu da məxfi hesab olunur.

Məsələn, Moskva Ermənistan, Venesuela, Hindistan, İndoneziyaya Rusiyadan silahlar almaq üçün kredit verib.

Ölkənin Maliyyə Nazirliyinin, 1 may 2019-cu il tarixinə açıqladığı məlumata əsasən Rusiyaya xarici dövlətlərin 39.4 milyard dollar məbləğində borcu var. Bunun da 15.8 milyard dolları MDB ölkələrinin payına düşür.

Rusiyaya ən çox borcu olan Belarusdur - 1 iyun 2019-cu il tarixinə 7.55 milyard dollar. İkinci yerdə Ukrayna 3,7 milyard dollarla, üçüncü yerdə bir milyard dollardan az məbləğlə Ermənistan, Gürcüstan və Moldova qərarlaşıb.

Xəbər lenti
0