BAKI, 18 avqust - Sputnik. Şəmkir rayon Sarıtəpə kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub.
APA-nın məlumatına görə, evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb.
M. Məsimova bildirib ki, gecə saat 01.00 radələrində E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Qeyd edək ki, yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.
Faktla bağlı araşdırma aparılır.