Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bir göz qırpımında: Bizim qoçaqlar mümkün olmayanı etdilər

Abunə olmaq
Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsində 23 ölkə arasında 4-cü yerə çıxıblar

Moskva ətrafındakı "Alabino" poliqonunda avqustun 17-də "Tank biatlonu" müsabiqəsinin finalı keçirilib.

Müsabiqədə Rusya ekipajı qalib gəlib. Onlar rekord vaxt göstəriblər – 1 saat 33 dəqiqə. İkinci yeri tutmuş Belarus tankçıları 1 saat 41 dəqiqə vaxt göstəriblər. Üçuncu yeri tutan Qazaxıstan təmsilçiləri onlardan 5 dəqiqə zəif olublar.

Azərbaycan tankçıları onlardan 8 dəqiqə sonra finişə çatıblar. Lakin bu göstərici həmyerlilərimiz üçün nailiyyət sayılmalıdır. Onlar ilk dəfə olaraq "Tank biatlonu"nun finalına çıxıblar. Baxacağınız videoda heyətinə Müşfiq Hüseynovun rəhbərlik etdiyi Azərbaycan tankı sarı rəngdədir. Tankçılarımız həm sürətdə, həm də atəş açmaqda yüksək məharət göstəriblər. 

Qeyd edək ki, yüksək sürət və manevr qabiliyyəti nümayiş etdirən T-72 B3 tankının 46 ton çəkisi var. Bu tank əbəs yerə Rusiya Silahlı Qüvvələrinin yarış tankı adını almayıb.

"Tank biatlonu" yarışı 2013-cü ildən keçirilir. İlk yarışda cəmi 4 ölkə iştirak edib. Hər il iştirakçıların sayı artır. Bu il artıq 23 dövlət iştirakçı olub. 

Xəbər lenti
0