BAKI, 18 avqust - Sputnik. Ukrayna Ali Radasının deputatı Vadim Rabinoviç iddia edir ki. Vladimir Zelenski Ukraynanın paytaxtını Kiyevdən başqa şəhərə köçürmək niyyətindədir. Bu barədə oxu.az məlumat yayıb.
Hələlik deputatın bu fikrini nə Zelenski, nə də onun ətrafı təsdiqləməyib. Buna baxmayaraq, artıq sosial şəbəkələrdə bu məsələ müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, V.Rabinoviç son zamanlar qalmaqallı çıxışları ilə Ukraynanın gündəmindədir.