CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahətə çıxmaq istəyirsizsə, öncədən xəbərdar olun!

© pixabay / StockSnapAvtostop
Avtostop - Sputnik Azərbaycan
Abunə olmaq
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

BAKI, 17 avqust — Sputnik. Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin avqustun 17-də səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Бакинский приморский бульвар, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şənbə günü üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0