Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Hər cəhətdən əsl kişiydi": Bakıda Müslüm Maqomayevi yad etdilər - FOTO

© Sputnik / Kemale AliyevaНа Аллее почетного захоронения в Баку почтили память великого певца Муслима Магомаева
На Аллее почетного захоронения в Баку почтили память великого певца Муслима Магомаева - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə qədər ki biz sağıq, Müslüm də bizim ürəyimizdə yaşayacaq"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. "Müslüm Maqomayev hər cəhətdən əsl kişi idi və doğmalarının, həmkarlarının, dostlarının, tamaşaçılarının xatirində elə belə də qalıb".

Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində mərhum müğənninin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya Müslüm Maqomayevin 77 illiyi münasibətilə Fəxri Xiyabanda təşkil olunmuş xatirə mərasimində deyib. 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Müslümün qohumları, dostları və müxtəlif ölkələrdən gəlmiş vəfalı dinləyiciləri iştirak ediblər.

© Sputnik / Kemale AliyevaBakıda Fəxri Xiyabanda Müslüm Maqomayevin xatirəsi yad edilib
Bakıda Fəxri Xiyabanda Müslüm Maqomayevin xatirəsi yad edilib - Sputnik Azərbaycan
1/8
Bakıda Fəxri Xiyabanda Müslüm Maqomayevin xatirəsi yad edilib

2/8

3/8

4/8

5/8

6/8

7/8

8/8

Tamara Sinyavskaya Maqomayev istedadının vurğunlarına hər il müğənninin xatirəsini yad etmək üçün məzarı başına gəldiklərinə görə təşəkkür edib. Artıq onun ölümündən 11 il keçir, amma buna baxmayaraq, Müslümü heç kim unutmur, mahnılarını hər yanda ifa edir və dinləyirlər.

"Heç kim Müslümü yüz faiz tanıya bilmədi. Mən azərbaycanca danışmıram, amma bir neçə söz bilirəm və demək istəyirəm ki, biz Bakıda onun babasını adını daşıyan Filarmoniyada tanış olduğumuz dəqiqədən onun son nəfəsinədək o, əsl kişi (kişi sözünü azərbaycanca deyir - red.) idi. Müslümün böyük ürəyi, mənliyi, qüruru vardı. Bunu da hamı bilirdi", - Sinyavskaya deyib.

Xalq artisti Rusiyanın birinci kanalının çəkdiyi, Müslüm Maqomayevə həsr olunmuş serialı səbrsizliklə gözləyir. Sinyavskaya özü film çəkilişlərində iştirak etməsə də, çəkiliş komandasına tam etibar edir. O inanır ki, tamaşaçılar serialda tanıdıqları və sevdikləri Müslümü görə biləcəklər.

© Sputnik / Kemale AliyevaTamara Sinyavskaya
Hər cəhətdən əsl kişiydi: Bakıda Müslüm Maqomayevi yad etdilər - FOTO - Sputnik Azərbaycan
Tamara Sinyavskaya

Maqomayev haqda fikirlərini Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də bölüşüb:

"Allah Müslümü çox gözəl keyfiyyətlərlə - qəşəng xarici görünüş, səhnədə özünü aparmaq qabiliyyəti, unikal səslə mükafatlandırıb. O, həm estrada, həm də opera oxuyurdu. Həmçinin əla rəssam, heykəltaraş, bəstəkar idi. Onun mahnıları bütün dünyada səslənir".

Onun sözlərinə görə, ömrünün son dövrlərində Müslüm amerikalı müğənni Mario Lansanın həyat və yaradıcılığını tədqiq edirmiş. O, hətta Lansaya kitab da həsr edib və həmin əsər dünyada bir neçə dildə nəşr olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, Müslüm Maqomayev kimi əfsanəvi şəxsiyyətlə tanış olduğu üçün özünü xoşbəxt sayır: "Mən indi bunu daha yaxşı anlayır və qiymətləndirirəm. O, çox mərhəmətli, əliaçıq və həqiqi mənada böyük insan idi. Hətta onun haqda keçmiş zamanda danışmaq da istəmirsən, çünki o indi də yanımızdadır və göylərdən bizə baxır".

Xalq artisti Eldar Quliyev uzun illər Maqomayevlə dostluq edib. Elə o da Müslüm barədə həmişə indiki zamanda danışır. Onun sözlərinə görə, Müslüm özündə bütöv bir cahan sığdırmışdı. E.Quliyev deyir ki, Maqomayevlə bir vaxtda yaşadığına, onun yaradıcılığına, şöhrətinə şahid olduğuna görə xoşbəxtdir. 

"O, çox parlaq insandır, ona görə də onu sevməyə davam edirlər və yaradıcılığı da yaşamaqdadır. O, heç zaman tükənməyəcək. Onunla bir vaxtda yaşamaq, onu dinləmək, qulaq asmaq mənimçün böyük xoşbəxtlikdir. Müslümün bütün dostlarının adından onu sevən və unutmayan hər kəsə təşəkkür edirəm", - Quliyev deyib.

Müğənninin anım mərasimində iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Sergey Stepanov da qeyd edib ki, nə qədər ki biz sağıq, Müslüm də bizim ürəyimizdə yaşayacaq.

Mərasim iştirakçıları əfsanəvi müğənni Müslüm Maqomayevin məzarına çiçəklər düzüblər.

Xəbər lenti
0