BAKI, 17 avqust — Sputnik. Mingəçevir şəhərində 33 yaşlı Ağdam rayon sakini əməliyyatdan sonra qəfil dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, ölüm hadisəsi şəhər xəstəxanasında qeydə alınıb.
Belə ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlu qasıq nayihəsindən (qrija) əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra gözlənilmədən dünyasını dəyişib.
Əməliyyatın normal keçdiyi bildirilir. Qəfil ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.