Fuad İbrahimov: “İnflyasiyanın qarşısını almaq mümkündür”
Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, istənilən halda, sosial ödəmələrin artırılması pozitiv ab-hava yaradır: “Bəzi ekspertlər iddia edirlər ki, belə artımların olması inflyasiyanın yüksəlməsi ilə nəticələnə bilər. Ancaq anti-inflyasiya tədbirləri vaxtında görülərsə, bunun qarşısını almaq mümkündür. Müasir iqtisadiyyat da buna imkan yaradır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz