CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib
İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir

BAKI, 16 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik edib. 

Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri  general-mayor Elçin İbrahimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
DSX rəsmisi sərhəddəki gərginliyin səbəbini izah etdi

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli sərhədçilər!

Sizi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla ilk sərhəd mühafizə orqanları yaradılmış və bununla da Azərbaycan Sərhəd Mühafizəsinin əsası qoyulmuşdur.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilmişdir.

Şəbahəng quru-yük gəmisinin xilas edilən ekipajı Bakı dəniz limanına gətirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
İranın Lənkəran yaxınlığında batan gəmisinin heyətini DSX necə xilas etdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə xüsusi önəm vermiş və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəyyən etmişdir.

Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə vermişdir.

Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır.

Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir.

Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəkdir.

Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətçiliyimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Xəbər lenti
0