BAKI, 16 avqust — Sputnik. Ziya Bünyadov prospektində ("20 Yanvar" dairəsi istiqaməti) "Çermet" körpüsünün üstündə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Xəbərə görə, bu səbəbdən hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur.