CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Min bir gecə"dən ikisini çıxsaq...

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Musiqili Teatrının tamaşa zalı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tamaşa zalı - Sputnik Azərbaycan
Abunə olmaq
Gözlənilməz hadisələrlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub

BAKI, 15 avqust — Sputnik. Akademik Musiqili Teatrda yeni mövsümə hazırlıq prosesi davam edir. Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmeystri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada əsas rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər. Gözlənilməz hadisələrlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub.

Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.

Xəbər lenti
0