Bakıya ilk dəfə gələn azərbaycanlı fürsəti fövtə vermədi

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidКазахский певец и музыкант Бабек Мамедрзаев на церемонии закрытия международного музыкального фестиваля "Жара" в Баку
Казахский певец и музыкант Бабек Мамедрзаев на церемонии закрытия международного музыкального фестиваля Жара в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada yaşayan məşhur azərbaycanlı ifaçı Babək Məmmədrzayev özünün yeni "Madama" hitinə Bakıda klip çəkdirib

BAKI, 15 avqust — Sputnik. Rusiyada yaşayan məşhur azərbaycanlı ifaçı Babək Məmmədrzayev yeni "Madama" hitinə Bakıda klip çəkdirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni bu xəbəri özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Məmmədrzayev Bakıya ilk dəfə "Jara" beynəlxalq musiqi festivalında iştirak etmək üçün gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от БАБЕК МАМЕДРЗАЕВ (@babek___mamedrzaev)

Müğənni öz vətənində klip çəkdirmək fürsətindən istifadə etmək qərarına gəlib və bu fürsəti dəyərləndirib. O, klipini əsasən Heydər Əliyev Mərkəzinin parkında çəkdirib. Klip bütövlükdə bu yaxınlarda təqdim ediləcək. "Madama" mahnısı qısa müddətdə Rusiyanın hitinə çevrilib.

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində anadan olub. Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib. Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.

Xəbər lenti
0