BAKI, 15 avqust — Sputnik. İranın şimalında ikiyerli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Fars" agentliyi yerli icra orqanlarına istinadən yayıb.
"Bu səhər baş vermiş qəza nəticəsində iki ekipaj üzvü həlak olub", - Gərmsar şəhər qubernator müavini Əli Hemmati deyib.
Onun sözlərinə görə, insident hava limanı yaxınlığında baş verib.
Bir müddət öncə isə İrana məxsus döyüş təyyarəsi texniki problemlər səbəbindən Buşehr vilayətində qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarənin pilotları xəsarət almayıblar.