Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor İranın etiraz etdiyi layihənin perspektivlərindən danışır

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, layihənin gerçəkləşməsi üçün bir sıra ekoloji və geosiyasi amillər nəzərə alınmalıdır
Elşad Məmmədov: “Avropa qaz idxal mənbələrini şaxələndirmək istəyir”

İran ekologiya baxımından Xəzər dənizindən qaz kəmərinin çəkilməsinin əleyhinədir.  Bunu İran Milli Qaz Şirkətinin nümayəndəsi Bəhruz Namdari  Xəzər İqtisadi Forumunda çıxışında bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu layihənin Xəzər vasitəsilə reallaşdırılması daha səmərəlidir, nəinki İran ərzisindən istifadə etməklə: “Amma layihənin gerçəkləşməsi üçün bir sıra ekoloji və geosiyasi amillər nəzərə alınmalıdır. Layihənin reallaşdırılmasında Avropa və Türkmənistan daha maraqlı olmalıdır. Çünki, hazırda Türkmənistan iqtisadiyyatında bəzi problemlər var və bu ölkə qaz ixracatını artırmaq istəyir. Öz növbəsində, Avropa da qaz idxal mənbələrini şaxələndirmək istəyir. Düşünürəm ki, bu məsələlər ətrafında problemlər davam edəcək. Burada həm İranın, həm Rusiyanın, eyni zamanda qərbin maraqları var”.

Qeyd edək ki, Birinci Xəzər İqtisadi Forumu avqustun 11-12-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0