CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş məmurun intiharının ilginc səbəbi üzə çıxıb

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində işləmiş Canpolad Abbasov son zamanlar fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurmuş

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 15 avqust - Sputnik. Qubada keçmiş məmur həyatına son qoyub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1959-cu il təvəllüdlü Canpolad Şıxmurad oğlu Abbasov özünü yaşadığı evin həyətindəki yarımtiklidən sintetik iplə aşaraq intihar edib.

Hadisə dünən  gecə radələrində baş verib. İlkin araşdırma zamanı mərhumun sərxoş halda öz həyatına son qoyduğu məlum olub. Həmçinin mərhumun oğlu Elvin Abbasovun 2014-cü ildə həyat yoldaşından rəsmi olaraq boşandığı da aydın olub. Mərhum isə bunu özünə dərd edib içkiyə qurşanıb.

Əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində işləmiş Canpolad Abbasov indi fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurdu.

Quba rayon prokurorluğu CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırmaq maddəsi ilə açılan cinayət işinin istintaqını davam etdirir.

Xəbər lenti
0