Var millətimin imzası imzalar içində - Biz qalibik

© AR Ministry of DefenseAzərbaycan "Dəniz kuboku-2019"un qalibi oldu
Azərbaycan Dəniz kuboku-2019un qalibi oldu - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Hərbi Dəniz Donanması komandasının rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib

BAKI, 15 avqust — Sputnik. Azərbaycan komandası "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində "Dəniz kuboku-2019" beynəlxalq yarışlarının qalibi olub.

Sputnik Azərbaycan xəbər verir k, bu barədə bu gün "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində Bakıda keçirilən "Dəniz kuboku-2019" beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov deyib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şoyqunun müavini Bakıda hərbi-siyasi vəziyyəti müzakirə edib

Onun sözlərinə görə, yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub: "Dəniz kuboku-2019" beynəlxalq müsabiqəsi də yüksək səviyyədə keçirilib. Bu yarışlar gərgin keçsə də, sonda dostluq qalib gəldi. Təlim-məşq toplanışında biz gələcəkdə terrorizmə qarşı birgə mübarizə ilə bağlı təcrübə mübadiləsi aparmışıq".

Rusiya Hərbi Dəniz Donanması komandasının rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib ki, çox gərgin və maraqlı yarış keçdi: "Azərbaycan dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Azərbaycan komandasını qələbə münasibətilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna daim böyük önəm verir".

Закир Гасанов принял участие в открытии нового военного госпиталя в прифронтовой зоне - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəbhəboyu zonada yeni hərbi hospital istifadəyə verildi - FOTO, VİDEO

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən "Dəniz kuboku-2019" yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib. Azərbaycan tərəfinə bunun üçün təşəkür edirəm. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyublar. 10 gün ərzində dənizçilər öz peşəkarlıqlarını ortaya qoydular. Gərgin keçən mübarizə şəraitində Azərbaycan komandası qalib gəldi. Mən bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hazırlıq çox gözəl təşkil olunub: "Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. Öncə Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Biz burada olmaqdan çox şadıq. Bu yarışlar bizə təcrübə mübadiləsi aparmağa imkan yaradır. Xəzəryanı dövlətlər arasında bu cür tədbirlərin olması çox faydalıdır. Eyni zamanda, bu tədbirlər Xəzəryanı dövlətlərdə ümumi mədəni təcrübəyə töhfədir. Yarış Xəzəryanı dövlətlər arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verir".

Xəbər lenti
0