BAKI, 14 avqust — Sputnik. ABŞ, lazım gələrsə, Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa bilər.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu sözləri Amerika Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, ÜTT qaydaları sadəcə digər ölkələrə ABŞ-dan yararlanaraq öz sərvətlərini artırmağa imkan verir.
Buna misal olaraq Tramp Çini nümunə göstərib - təşkilata daxil olandan sonra bu ölkənin sənayesi sıçrayışla artıb. Eyni zamanda ABŞ lideri Vaşinqtonla Pekinin faktiki ticarət müharibəsində olduqlarını qeyd etməyi də unutmayıb.