BAKI, 14 avqust — Sputnik. Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
O, nazirin qərarı ilə bağlı bunları deyib:
"Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın: Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar".