Yeddinci cəhd və ya Koçaryanın şikayətinə niyə baxılmır

© Sputnik / Hayk PetrosyanKoçaryanın vəkili Ayk Amulyan
Koçaryanın vəkili Ayk Amulyan - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunda göstərilir ki, bu növ ərizələrə dərhal baxılır

BAKI, 14 avqust — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri İnsan Haqları üzrə Avropa Məhkəməsinə sayca 7-ci şikayət məktubu göndəriblər. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Koçaryanın vəkili Ayk Amulyan bildirib.

Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Paşinyan Qarabağ separatçılarına milyonlarla dollar ayırdı

O xatırladıb ki, iyunun 26-da onlar Koçaryanın girov qarşılığında azadlığa buraxılmasına dair ərizə veriblər.

"Qanunda göstərilir ki, bu növ ərizələrə dərhal baxılır. Bu gün avqustun 14-ü olmasına baxmayaraq, ərizəyə hələ də baxılmayıb", - deyə Amulyan qeyd edib.

Vəkil qeyd edib ki, ərizəyə baxılmamasına səbəb hakim David Qriqoryanın fəaliyyətinin dayandırılmasıdır. Yeni hakimə isə Koçaryanın məhkəmə işi verilməyib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Здание Администрации президента Азербайджанской Республики - Sputnik Azərbaycan
Rəsmi Bakıdan Paşinyana sərt cavab verildi

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olan Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

İyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

Xəbər lenti
0