BAKI, 14 avqust — Sputnik. Bakının Binəqədi rayonunda kütləvi dava olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, 9-cu mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.
Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57).
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlar əməliyyat olunublar. Faktla bağlı araşdırma aparılır.