CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vəzifəli şəxs cərimələndi

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib

BAKI, 14 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən "Xəzər" kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyini aşkar edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub. Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

Xəbər lenti
0