Elnur Sadıqov: “İqtisadiyyatın bütün sahələrində kredit resursları yetərincədir”
Dünya Bankı bu ilin payızında Azərbaycanda özünəməşğulluq proqramının genişləndirilməsi üzrə layihə hazırlayaraq bu sahəyə dəstəyin formasını müəyyənləşdirəcək.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində kredit resursları yetərincədir:
“Biz Dünya Bankının təklif etdiyi kredit layihələrini diqqətlə araşdırmalıyıq. Götür-qoy etməliyik ki, bu kreditlər bizə nə dərəcədə lazımdır. Əgər kəskin ehtiyac varsa, o kreditləri götürə bilərik. Zərurət yoxdursa, Dünya Bankının kreditlərinə Azərbaycanda ehtiyac da yoxdur”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa biləsiniz