Paytaxtdakı avtomobil sürücüləri diqqətsizlik ucbatından Azərbaycanın dövlət büdcəsinə 23,1 milyon manat vəsait ödəməli olublar. 2019-cu ilin ilk yarımilində təkcə Bakıda 372 mindən çox yol hərəkəti qaydalarının pozulması halları qeydə alınıb. Qaydaları pozanlar arasında piyadalar da az deyil.
Pozulan yol hərəkəti qaydaları arasında ən populyar olanları ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.